İlham Əliyev: Bununla bağlı konkret planlarımız var


Siyasət 13 Yan 2022 13:52:00 112 0

İlham Əliyev: Bununla bağlı konkret planlarımız var

Günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı konkret planlarımız var.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxış edərkən deyib.

Dövlət başçısı bildirib: "Azərbaycan həm daxili tələbatı tam ödəyir, eyni zamanda, bütün qonşu ölkələrə elektrik enerjisi ixrac edir. Qonşu ölkələrlə bizi birləşdirən yüksəkgərginlikli enerji xətləri bu imkanı bizə yaradır, lazım olarsa, yeni xətlər də çəkilər. Çünki region ölkələrində və eyni zamanda, Avropada elektrik enerjisinə tələbat artır. Bəzi ölkələr nüvə elektrik stansiyalarının bağlanması ilə əlaqədar qərar qəbul ediblər, biz, eyni zamanda, kömürlə işləyən elektrik stansiyalarının bağlanması prosesini müşahidə edirik. Eyni zamanda, dünyanın demək olar ki, gündəliyinin ön sıralarında olan "Yaşıl gündəliyi" də təsdiq edilib və biz öz növbəmizdə işğaldan azad edilmiş əraziləri - 10 min kvadratkilometr ərazini "yaşıl enerji" zonası elan etmişik. Artıq bir neçə su elektrik stansiyası inşa edilib, fəaliyyətdədir.

Bir sözlə, bu külək elektrik stansiyasının yaradılması bir çox mənalarda olduqca önəmli və əhəmiyyətli layihədir. Bu, gözəl göstəricidir. Digər potensial investorlar üçün də bir siqnaldır ki, onlar da vaxt itirmədən müəyyən addımlar atsınlar. Onu da bildirməliyəm ki, Azərbaycanın bərpaolunan enerji potensialına dünyanın böyük şirkətləri tərəfindən böyük maraq vardır. Hazırda Azərbaycan Energetika Nazirliyi dünyanın bir neçə aparıcı şirkəti ilə müvafiq danışıqlar aparır və yenə də deyirəm, bu, müxtəlif amillərin vəhdətidir. Həm ölkəmizdə sabitlik, əmin-amanlıq, ölkəmizin inkişafı ilə bağlı dünyada çox müsbət fikirlər, yəni, həqiqəti əks etdirən fikirlər, siyasətimizin proqnozlaşdırılması və eyni zamanda, güclü sənaye potensialı, iqtisadi müstəqillik, enerji təhlükəsizliyinin təmin edilməsi və hazırlıqlı kadr potensialı var. Yəni, bunlar əsas amillərdir. Bu amillər istənilən investor üçün böyük əhəmiyyət kəsb edir".

ATƏT bu məsələ üzrə tədbirləri gücləndirməlidir  Sədr like
  • 13 Yan 13:48  
Siyasət ATƏT bu məsələ üzrə tədbirləri gücləndirməlidir Sədr

ATƏT Qarabağ münaqişəsinin başa çatması fonunda Azərbaycanla Ermənista

arrow Ətraflı
Sabah Bakıya qar yağacaq like
  • 13 Yan 13:45  
Digərləri Sabah Bakıya qar yağacaq

Yanvarın 14-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Saatlıda 69 yaşlı kişi intihar edib like
  • 13 Yan 13:36  
Digərləri Saatlıda 69 yaşlı kişi intihar edib

Saatlı rayonunda intihar hadisəsi baş verib.

arrow Ətraflı
İlham Əliyev: Ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib like
  • 13 Yan 13:34  
Siyasət İlham Əliyev: Ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib

Ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib.

arrow Ətraflı
Prezident: Bizim sözümüz imzamız qədər qiymətlidir like
  • 13 Yan 13:32  
Siyasət Prezident: Bizim sözümüz imzamız qədər qiymətlidir

Xarici investorlar yaxşı bilirlər ki, bizim sözümüz imzamız qədər qiym

arrow Ətraflı
Azərbaycanlı aktrisa koronavirusa yoluxdu like
  • 13 Yan 13:30  
Şou-biznes Azərbaycanlı aktrisa koronavirusa yoluxdu

Son günlər "Zəhər tuluğu" filmindəki obrazı ilə gündəmdə ol

arrow Ətraflı
Banklar dolların alış qiymətini niyə artırıb? like
  • 13 Yan 13:24  
Digərləri Banklar dolların alış qiymətini niyə artırıb?

İqtisadçı deputat Vüqar Bayramov bəzi bankların ilin əvvəlindən dollar

arrow Ətraflı
Meqan Foks ərə gedir  VİDEO like
  • 13 Yan 13:18  
Şou-biznes Meqan Foks ərə gedir VİDEO

Dünyanın ən məşhur məşhur cütlüklərindən biri - Hollivud aktrisası M

arrow Ətraflı
Bir neçə rayona avtobusların hərəkəti dayandırılıb? like
  • 13 Yan 13:12  
Digərləri Bir neçə rayona avtobusların hərəkəti dayandırılıb?

Qeyri-qanuni sərnişin daşımaları bəzən qanuni fəaliyyət göstərən avt

arrow Ətraflı
DİNdən Bəhramın ironik videosu ilə bağlı açıqlama like
  • 13 Yan 13:06  
Digərləri DİNdən Bəhramın ironik videosu ilə bağlı açıqlama

Xəbər verdiyimiz kimi, əməkdar artist Bəhram Bağırzadə Daxili İşlər N

arrow Ətraflı