Göyçayda su kəməri partlayıb, şəhərin yarısı susuz qalıb FOTO
Digərləri 13 Yan 2022 13:00:00 117 0
Göyçay şəhərini içməli su ilə təmin edən iki magistral boru kəmərindən birində qəza baş verib.
Bu xəbəri də oxu: Qaraciyər fəaliyyətinin ağırlaşdığını bildirən
Son.az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Ə. Kərim küçəsindən keçən və diametri 400 millimetr olan boru xəttində baş verib.
Su borusunun partlaması nəticəsində Göyçay şəhərinin mərkəzindəki Heydər Əliyev prospektinin aşağı hissəsində yerləşən bütün binalarda və həyət evlərində yaşayan sakinlərə, dövlət və özəl obyektlərə verilən içməli su kəsilib.
Hazırda şəhər əhalisinin ümumilikdə 50 faizi susuz qalıb. Gecə saatlarında baş verən qəzanın aradan qaldırılması və əhalinin tez bir zamanda içməli su ilə təmin edilməsi üçün hazırda Göyçay Su Kanal İdarəsinin bütün işçiləri və texnikaları hadisə yerində çalışır.
Hazırda həmin magistral su kəmərindən qidalanan və 140 kilometr uzunluğu olan şəhər boru şəbəkəsindən suyun pompalar vasitəsilə çəkilərək boşaldılması prosesi gedir. Günortadan sonra boruda qaynaq-bərpa işləri görüləcək. Bu gün axşamadək təmir işlərinin başa çatdırılması və gecə saatlarında anbardan boru şəbəkəsinə suyun doldurulması prosesi başlayacaq.
Xalq artisti Emin Ağalarovla dünyaca məşhur müğənni Kanye Uestin əməkda

"Rubyyfrais" nik adlı "TikTok" istifadəçisi dodaq dolğus

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

Bakıda küçədə yatan azyaşlının görüntüsü yayılıb.

Ötən il "Qara dul" filmi ilə gündəmə gələn Skarlet Yohansonun

Zərdab rayonunda tanınmış el sənətçisi Aşıq Mütəllif vəfat edib.

Bu gün səhər İranın Əlborz vilayətinin İştihard sənaye parkında yağ

ABŞ-ın tanınmış aktyoru Bak Endjelin cinsini dəyişməzdən əvvəlki foto

Bakı Nəqliyyat Agentliyi (BNA) hava şəraitinin dəyişəcəyi ilə bağlı s

İşğaldan azad edilmiş ərazilər Azərbaycanın ərzaq təhlükəsizliyinin

Respublika üzrə bütün pensiyaların yanvarın 14-də tam ödənilərək yeku

"Keçmiş televiziya rəhbərlərindən biri dedi ki, baxın görün müasi

Müğənni Türkan Vəlizadənin bahalı sırğası müzakirə mövzusu olub.

Ötən gün toylara görə 1 nəfər cərimələnib, 4 nəfər şənliyə burax
