Ötən gün 4 nəfər məclislərə buraxılmadı


Digərləri 13 Yan 2022 09:24:00 151 0

Ötən gün 4 nəfər məclislərə buraxılmadı

Ötən gün toylara görə 1 nəfər cərimələnib, 4 nəfər şənliyə buraxılmayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 12-də DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 86 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.