“Arka Sokaklar”ın aktyoru xərçəngə qalib gəldi


Şou-biznes 13 Yan 2022 08:48:00 127 0

“Arka Sokaklar”ın aktyoru xərçəngə qalib gəldi

Uzun illərdir yayımlanan "Arka Sokaklar" serialında "Volkan Komiser" xarakterini canlandıran Boğaç Aksoy xərçəng xəstəliyinə qalib gəlib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, bu barədə TGRT-yə danışıb.

Kimyaterapiya prosesi ilə bağlı açıqlamalar verən Aksoy, 8 ay müddətində 6 dövrəli kimyaterapiya prosesindən keçdiyini bildirib:

"Ardıcıl 3 gün vaxt verildi. Ümumilikdə 18 kimyaterapiya aldım. Bu proses həqiqətən çətindir. Mən bu prosesi artıq əyləncə kimi baxdım və asanlıqla öhdəsindən gəldim. Çox gülməyə çalışdım və ətrafımdakı insanlarla həmişə şən edirdim. Saçlarımın və qaşlarımın tökülməsi təbii ki, təsir etdi. Biz özümüzə baxan insanlarıq və bununla pulumuzu qazanırıq".