Çində elektromobil satışı artıb


Dünya 13 Yan 2022 08:53:00 144 0

Çində elektromobil satışı artıb

Çin hökuməti 2035-ci ilədək avtomobil parkını əsaslı şəkildə yeniləmək istəyir.

Son.az APA-ya istinadən xəbər verir ki, dünyanın ən böyük avtomobil bazarı olan ölkədə təmiz texnikaya maraq durmadan artır.

Burada elektromobil, hibrid avtomobil və hidrogen mühərrikli avtomobillər nəzərdə tutulur. 2021-ci ildə bu tip nəqliyyat vasitələrinin satışı 169% artıb. Çin Avtomobil İstehsalçıları Federasiyasının fikrincə, bu il ölkədə 5.5 milyon ədəd ekoloji təmiz avtomobil satılacaq. Bununla da avtomobil parkının 25%-ni ekoloji təhlükəsiz maşınlar təşkil edəcək.