İsveçdə yeni məhdudiyyətlər tətbiq ediləcək


Dünya 13 Yan 2022 08:58:00 160 0

İsveçdə yeni məhdudiyyətlər tətbiq ediləcək

İsveçdə COVID-19-a yoluxma hallarında rekord artım qeydə alındığı üçün yeni məhdudiyyətlər tətbiq ediləcək.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Maqdalena Andersson bildirib.

Yeni məhdudiyyətlər yanvarın 14-dən qüvvəyə minəcək.

Belə ki, işə götürənlər mümkün qədər əməkdaşı uzaqdan işləmə rejiminə keçirməlidir. Barlar və restoranlar saat 23:00-da bağlanacaq, bu yerlərdə bir masa arxasında səkkizdən çox insanın toplanması qadağan olunub. COVID-19 pasportları tətbiq edilməyən kütləvi tədbirlərin iştirakçılarının sayı 50 nəfərlə məhdudlaşdırılır.