Prezidentdən məmurlara sərt xəbərdarlıq VİDEO


Siyasət 13 Yan 2022 08:12:00 70 0

Prezidentdən məmurlara sərt xəbərdarlıq  VİDEO

"Son illər ərzində göstərdiyimiz qətiyyət və sözlə əməl arasında olan vəhdət, hesab edirəm ki, hər kəs üçün dərs olmalıdır. Çünki mən dəfələrlə dövlət məmurlarına həm rəsmi qaydada, həm də görüşlər zamanı, onları vəzifəyə təyin edərkən təlimat verirdim ki, korrupsiya ilə, rüşvətxorluqla ciddi mübarizə aparılmalıdır və əgər bu və ya digər məmur bu çirkaba bulaşarsa, cəza çox sərt olacaq".

Bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlət başçısı müsahibəsində məmurlara sərt xəbərdarlıq edib:

"Nəticə də onu göstərir - ən yüksəkvəzifəli məmurlar bu gün istintaq qarşısında, məhkəmə qarşısında cavab verməli olublar və haqlı cəzalarını alıblar. Bir daha demək istəyirəm ki, heç kim bu məsuliyyətdən boyun qaçıra bilməz, heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir, heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq.

Xüsusilə bu əyri yola gedən insanların xidmətləri daha çox "ayı xidməti"nə bənzəyir. Ona görə hesab edirəm ki, bunu hər kəs artıq görüb və bilib. Ona görə bizim addımlarımız çox sərt olacaq, cəzalarımız da çox sərt olacaq.

Amma bu, işin bir tərəfidir. Artıq 18 ildir ki, mən Prezident vəzifəsində işləyirəm və mənim təşəbbüsümlə çoxlu kadr dəyişikliyi edilib. Əfsuslar olsun, bəzi hallarda kadr dəyişikliyi vəziyyətin müsbətə doğru dəyişməsinə aparmır. Çünki yeni kadr təyin edilir, müəyyən müddət ərzində özünü verilmiş təlimatlara uyğun aparır, amma sonra vaxt keçdikcə, necə deyərlər, köhnə, əyri yola gedir. Ona görə burada cəza tədbirləri ilə yanaşı, kadrların düzgün seçilməsi məsələsi öz rolunu oynamalıdır.

Bu sahədə son vaxtlar, Azərbaycan ictimaiyyəti görür ki, çox ciddi kadr islahatı aparılıb. Hakimiyyətin demək olar ki, bütün qollarında ciddi kadr islahatları aparılıbdır. Hökumətdə, Milli Məclisdə, Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında artıq böyük dərəcədə ciddi kadr dəyişikliyi baş verib və bu, hesab edirəm ki, korrupsiyaya qarşı mübarizədə önəmli rol oynayacaq.

Eyni zamanda, biz cəmiyyətdə də elə ab-hava yaratmalıyıq ki, ictimai nəzarət güclənsin. Siz yaxşı bilirsiniz ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm. Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin.

İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin".

Azneft dairəsində Mercedes qəza törətdi  FOTO like
  • 13 Yan 08:08  
Digərləri Azneft dairəsində Mercedes qəza törətdi FOTO

Bakının Səbail rayonunda yol qəzası baş verib.

arrow Ətraflı
Hadrutda zirzəmidə azərbaycanlıların qəbir daşları tapıldı  VİDEO like
  • 13 Yan 07:56  
Digərləri Hadrutda zirzəmidə azərbaycanlıların qəbir daşları tapıldı VİDEO

Hadrutda zirzəmidə azərbaycanlıların qəbir daşları tapılıb.

arrow Ətraflı
ABŞda illik inflyasiya maksimuma çatıb like
  • 13 Yan 07:55  
Digərləri ABŞda illik inflyasiya maksimuma çatıb

ABŞ-da illik inflyasiya ötən ilin dekabr ayında son 40 ilin ən yüksək tem

arrow Ətraflı
Həqiqi kərə yağını saxtasından ayırmağın like
  • 13 Yan 07:51  
Digərləri Həqiqi kərə yağını saxtasından ayırmağın

Kərə yağı mətbəximizdə ən çox istifadə edilən qidalar sırasındadır

arrow Ətraflı
Türkiyə sahillərində zəlzələ olub like
  • 13 Yan 07:45  
Dünya Türkiyə sahillərində zəlzələ olub

Egey dənizinin Türkiyə sahillərində 4,3 bal gücündə zəlzələ baş veri

arrow Ətraflı
Gözlərimizin nurunu alan like
  • 13 Yan 07:41  
Digərləri Gözlərimizin nurunu alan

Bəzi məhsulların çoxlu miqdarda istehlakı görməyə mənfi təsir edir.

arrow Ətraflı
Dünən koronavirusa 3,4 milyona yaxın like
  • 13 Yan 07:35  
Dünya Dünən koronavirusa 3,4 milyona yaxın

Dünyada son sutka ərzində koronavirusa 3,4 milyona yaxın yoluxma halı qeyd

arrow Ətraflı
Ən ucuz və effektli pəhriz. Kələm pəhrizinin sirləri like
  • 13 Yan 07:31  
Digərləri Ən ucuz və effektli pəhriz. Kələm pəhrizinin sirləri

Kələm ən azkalorili tərəvəzlərdən biridir. 100 qr ağ kələminin enerji

arrow Ətraflı
Çavuşoğlu Çinli həmkarı ilə görüşüb like
  • 13 Yan 07:25  
Dünya Çavuşoğlu Çinli həmkarı ilə görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Çinin XİN rəhəri

arrow Ətraflı
İftarla imsak arasında nə qədər su içmək lazımdır? like
  • 13 Yan 07:21  
Digərləri İftarla imsak arasında nə qədər su içmək lazımdır?

Türkiyəli dietoloq Hilal Mutlu iftarla sahur və çay arasında 2-2,5 litr su

arrow Ətraflı
Ermənistanın aviaşirkəti İstanbula uçuşlar üçün like
  • 13 Yan 07:15  
Dünya Ermənistanın aviaşirkəti İstanbula uçuşlar üçün

Ermənistanın "Flyone Armenia" aviaşirkəti Yerevan-İstanbul-Yereva

arrow Ətraflı
Alimlər solaxaylığın səbəblərini açıqlayıblar like
  • 13 Yan 07:11  
Digərləri Alimlər solaxaylığın səbəblərini açıqlayıblar

Maks Plank Psixolinqvistika İnstitutunun alimləri insanın solaxay olmasına s

arrow Ətraflı
ABŞ AzərbaycanErmənistan sərhədindəki insidentdən narahatdır like
  • 13 Yan 07:05  
Siyasət ABŞ AzərbaycanErmənistan sərhədindəki insidentdən narahatdır

ABŞ Dövlət Departamenti Ermənistan və Azərbaycan qüvvələri arasında s

arrow Ətraflı
Övladlarınıza verdiyiniz 8 zərərli qida like
  • 13 Yan 07:01  
Digərləri Övladlarınıza verdiyiniz 8 zərərli qida

Valideynlər arasında aparılan uşağın sağlam qidalanması ilə bağlı sor

arrow Ətraflı
Xatirə dekolteli geyimi ilə diqqət çəkdi  FOTO like
  • 13 Yan 06:44  
Şou-biznes Xatirə dekolteli geyimi ilə diqqət çəkdi FOTO

Qalmaqallı müğənni Xatirə İslam sosial şəbəkə paylaşımı ilə diqqə

arrow Ətraflı