ATƏTin daimi şurasının növbədənkənar iclası keçiriləcək


Dünya 13 Yan 2022 08:18:00 154 0

ATƏTin daimi şurasının növbədənkənar iclası keçiriləcək

Vyanada ATƏT-in daimi şurasının növbədənkənar iclası keçiriləcək.

Son.az APA-ya istinadən xəbər verir ki, iclasda Polşanın xarici işlər naziri Zbiqnev Rau ölkəsinin təşkilata 2022-ci ildəki rəhbərlik proqramını açıqlayacaq.

Bundan əlavə, iclasa Avropada təhlükəsizlik və digər məsələlərin müzakirə olunacağı gözlənilir. Tədbirdə ATƏT-ə üzv olan ölkələrin diplomatları iştirak edəcək.