İğtişaşlardan sonra Almatı aeroportuna ilk mülki təyyarə enib
Dünya 13 Yan 2022 08:28:00 192 0
Qazaxıstanın Almatı aeroportuna iğtişaşlardan sonra ilk mülki təyyarə enib.
Son.az APA-ya istinadən xəbər verir ki, Nursultan aeroportundan qalxan "Qazaq Air" şirkətinə məxsus sərnişin təyyarəsi Almatıya enib.
Gün ərzində daha bir neçə reys planlaşdırılıb. Qazaxıstanın Mülki Aviasiya Komitəsi də aeroportun yanvarın 13-də açılacağını elan etmişdi.
Mənbə: milli.az