Türkiyə sahillərində zəlzələ olub


Dünya 13 Yan 2022 07:45:00 125 0

Türkiyə sahillərində zəlzələ olub

Egey dənizinin Türkiyə sahillərində 4,3 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) xəbər yayıb.

Bildirilib ki, zəlzələnin episentri İzmir vilayətinin Urla rayonu sahillərində, ocağı isə 7,3 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.