Planetin ən yaşlı sakini, 150 minlik samovar, Koroğulunun qaşığı Muzeydən FOTOREPORTAJ
Digərləri 13 Yan 2022 06:22:00 128 0
Son.az kulis.az-ın Lerik Rayon Tarix Diyarşünaslıq muzeyindən hazırladığı reportajı təqdim edir.
Bu xəbəri də oxu: Gəncədə Qafqaz İslam Ordusuna aid abidə açılacaq FOTO
- Bu boyda dələ olar?
- Dələdi qaqa, vallah dələdi.
- Yox əşi, bu başqa şeydir, belə dələ olmur.
Ulucayla Vüqarın zooloji mübahisəsini Sevil xanım böldü. O, 15 ildir ki, Lerik Tarix-Diyarşünaslıq Muzeyinə rəhbərlik edir.
- Dələdir.
Bu qəti cavabdan sonra heç kim mübahisəni davam etdirmədi, artıq hamımız əmin idik ki, divarda quruyub qalmış bu heyvancığaz dələdən başqa bir şey ola bilməz.
- Lerikə və Tarix-Diyarşünaslıq Muzeyinə xoş gəlmisiniz, uşaqlar. Gəlin sizi muzeylə tanış edim.
Muzeyin birinci zalını gəzməyə başladıq. Elə ilk addımı atmışdım ki, ayağım boşluğa düşdü, az qaldı ki, büdrəyib yıxılam. Sevil xanım əhvalını pozmadan bildirdi ki, "muzey köhnəlib, taxtalar çürük-çürükdür. Ona görə də diqqətli olun".
Zalda müxtəlif bitkilər, heyvanlar nümayiş olunurdu, divardan Lerikin xəritəsi asılmışdı.
- Lerik cənub və cənub-qərbdə Yardımlı, şimal-şərqdə Lənkəran, şimal-qərbdə Masallı, cənub-şərqdə Astara rayonları ilə həmsərhəddir. 160 kəndlə əhatə olunmuş Lerikin 86 min əhalisi var.
160 kənd! Barzavu, Geskon, Noda, Zenoni, Coni, Pirasora, Zuvand, Kələxan, Kəlvəz kimi kəndlər diqqətimi çəkdi. Özümü Lerikdə yox, paralel kainatda, 2154-cü ildə, Pandora planetində hiss edirdim.
- Lerikin flora və faunasından nümunələr. Talış meşələrində bitən dəmirağacıdır, gəmiqayırmada istifadə olunur. Bunlar isə ot bitkiləridir, qaragilə, solmazçiçəyi, nanə, kəklikotu. Baxın, bu bitkinin adı pindədir. Yerin üstündə bitir, kirpi formasında kökü var, həm də tikanlıdır, çox gözəl yanma keyfiyyətinə malikdir. Əvvəllər də, indi də yanacaq materialı kimi işlədilir.
Pində bitkisi mənə xeyli maraqlı gəldi. Həm adı, həm də forması xüsusi bir işgəncə alətinə bənzəyirdi. Bir anlıq nifrət etdiyim adamları pindənin üstünə oturan yerdə təsəvvür etdim.
Bitkilər də başqa təbiətin bitkilərini xatırladırdı. Lerikin unikallığına təəccüb edə-edə ikinci salona keçdik. Bu, arxeologiya salonu idi.
- Arxeologiya salonunda gildən hazırlanmış materiallar, məişət əşyaları nümayiş etdirilir. Sizə çox qiymətli bir eksponat göstərmək istəyirəm. Bütün muzeylərdə bir lüləli zoomorf qablar göstərilir - bu cür qablar keçmişdə müqəddəs hesab olunurdu - bizim muzeyimizdə isə Avesta dövrünə aid iki lüləli saxsı qab saxlanılır. Bundan başqa qızılbaşların baş daşlarından nümunələr, qılınclar, qadın bəzək əşyaları da muzeyimizin qiymətli eksponatlarına aiddir.
Qadın bəzək əşyalarının yanındaca nümayiş olunan sikkələr mənə maraqlı gəldi.
- Bunlar hansı dövrə aiddir? - sual verdim.
- Şahların adlarına zərb edilmiş mis sikkələrdir. Burada Sultan Səncərin adına zərb edilmiş, 12-ci əsrə aid sikkə də mövcuddur.
Üçüncü salona - etnoqrafiya salonuna tərəf gedirik. Milli geyimlər bizi qarşılayır, salon mənə arşın mal-alançıların boxçasını xatırladır.
Bu metodun bir neçə əsr yaşı var. Dəfnə yarpağı yaranandan kahinlər, t

ABŞ-ın elektrikli avtomobil istehsalçısı "Tesla" 2021-ci ilin dek

Yaponiyada 2 aylıq körpəsini soyuducuya qoymaqla hər kəsi şoka salan ata s

London imperator kolecinin alimləri sübut edir ki, qadınlar qadin intim gigiy

İranda hər bir saatda 2 nəfər yol qəzasında həyatını itirir.

İngiltərənin Nortqemptonşir bölgəsində sürət qatarı üçün yolun çə

Emori və Kornell Uviversitetlərinin (ABŞ) alimləri təbii meyvə şirələri

Virus mənşəli xəstəliklərdə antibiotik istifadəsi o zaman düzgün ola b

Hər bir insan həyata öz alın yazısı ilə doğulur. Hər il doğum günün

Ət, balıq və toyuq məhsullarının zərərli və ya faydalı olması haqqın

Qırğızıstanda koronavirusun omikron ştammına yoluxma faktları qeydə alı

Məşhur aktrisa Monika Belluççi 16 yaşlı qızı Deva Kassel sosial şəb

Biz elə hesab edirik ki, iki faydalı tərəvəzi, meyvəni birləşdirsək, or

Məşhur pəhrizlər tez-tez bəzi elementləri həyati əhəmiyyət kəsb edən

1937-ci ildə "NKVD"-nin başçısı Nikolay Yejov onu iş müraciəti
