Vaxtsız ölən, 50 yaşa çata bilməyən azərbaycanlı tanınmışlar SİYAHI


Kriminal 13 Yan 2022 03:22:00 173 0

Vaxtsız ölən, 50 yaşa çata bilməyən azərbaycanlı tanınmışlar  SİYAHI

Hər bir insan həyata öz alın yazısı ilə doğulur. Hər il doğum gününü qeyd edəndə ona "100 yaşa" deyirik. Kimisi bu yaşı özünə alqış, kimisə də qarğış sayır. Elə insanlar da var ki, həyatda arzuları, ömür yolları o qədər çox olmur.

Son.az lent.az-a istinadən ömürləri 50 yaşa çatmadan dünyadan köçən azərbaycanlı məşhurların siyahısını təqdim edir: 

Müğənni Elçin Cəlilov 2005-ci il mayın 10-da 36 yaşında dünyasını dəyişib. 

Reper Hüseyn Dərya 2014-cü il martın 15-də 38 yaşında vəfat edib. 

Əməkdar artist Xanım Qafarova 2014-cü il İyulun 11-də (47 yaşında) dünyasını dəyişib. 

Meyxanaçı Vüqar Biləcəri 2020-ci il avqustun 29-da 32 yaşında vəfat edib. 

"Ələkbər əmi" adı ilə tanınan aktyor Ələkbər Hüseynov 2007-ci il avqustun 2-də 46 yaşında vəfat edib. 

"Bakılı oğlanlar" komandasının kapitanı Anar Məmmədxanov 2011-ci il aprelin 23-də 40 yaşında vəfat edib. 

Reper Anar Nağılbaz 2018-ci il avqustun 4-də 44 yaşında dünyasını dəyişib.

"Yeni Ulduz - 2" müsabiqəsinin qalibi Rəcəb Musayev 2011-ci il yanvarın 8-də 35 yaşında vəfat edib. 

Müğənni Rüfət Mehdiyev 2011-ci il fevralın 1-də 41 yaşında dünyasını dəyişib. 

Müğənni Şəfa Hüseynova 2005-ci il dekabrın 4-də 30 yaşında vəfat edib. 

Müğənni Xeyransa Məmmədova 1995-ci il iyunun 2-də 28 yaşında dünyasını dəyişib. 

Meyxanaçı Aydın Xırdalanlı  2019-cu il martın 23-də 41 yaşında vəfat edib. 

Xanəndə Səxavət Məmmədov 1991-ci il sentyabrın 30-da 37 yaşında dünyasını dəyişib. 

Aktyor Ramiz Hüseynzadə 2021-ci il martın 18-də 41 yaşında vəfat edib. 

Bəstəkar Hikmət Mirməmmədli 2007-ci il 22 mayda 46 yaşında dünyasını dəyişib. 

Tanınmış diktor Elnur Əşrəfoğlu 2021-ci il oktyabrın 19-da 47 yaşında vəfat edib. 

Tanınmış aşıq Azər Xanlaroğlu ( Məhərrəmov ) 2018-ci il mayın 12-də 35 yaşında dünyasını dəyişib. 

Stilist Balaş Əliyev (Bala-ağa) 2021-ci il fevralın 22-də 38 yaşında vəfat edib.