Bürclərə görə pəhriz qaydaları Buğalar anadangəlmə...


Digərləri 13 Yan 2022 01:44:00 110 0

Bürclərə görə pəhriz qaydaları  Buğalar anadangəlmə...

Məşhur pəhrizlər tez-tez bəzi elementləri həyati əhəmiyyət kəsb edən qida rasionundan xaric edir. Arıqlamaq istəyən hər kəs fərdi tövsiyələrə əməl etməlidir, lakin hər bir bürcün nümayəndələrinin mütləq qəbul etməli olduğu qidalar var.

Son.az axşam.az-a istinadən pəhriz saxlayarkən hansı bürcün nümayəndəsinin mütləq nə yeməli, nəyi isə yeməməli olduğunu təqdim edir.

Qoç

Qoçlar Marsın onlara verdiyi tükənməz enerji ilə öyünə bilər. Ancaq bu cür aktiv fərdlərin enerjini qoruya bilməsi üçün qida qəbul etməsi şərtdir. Onlar pəhriz saxlasalar da qida rasionunda çoxlu protein olmalıdır. Ona görə də bu bürcün nümayəndələri hər gün ət (quzu ətindən başqa) yeməyə çalışmalıdır. Acılı ədviyyatlar və qəhvə ilə diqqətli olmalısınız. Bunlarla sinir sisteminizi enerji ilə bir daha yükləməyinizə ehtiyac yoxdur.

Buğa

Veneranın himayəsində olan buğalar anadangəlmə əsl qurmanlardırlar. Onlar heç vaxt yaxşı yeməkdən imtina edə bilmirlər. Bürcün nümayəndələri üçün şirniyyat və un məhsullarını azaltmaq çətin olsa da buna çalışmalıdırlar. Şirniyyatları, tortları meyvə və sağlam yeməklərlə əvəz edin. Eyni zamanda açıq havada daha çox vaxt keçirməyə çalışın.

Əkizlər

Merkurinin təsirində olan əkizlər üçün enerji mənbəyi karbohidratlardır. Mürəkkəb problemləri tez həll etmək istəyirsinizsə - tam taxıllı çörəklərdən, dənli bitkilərdən və bərk buğdadan hazırlanmış makarondan imtina etməyin. Ancaq səhər saatlarında ağır qidalar istehlak etməyin və axşam saatlarında yeməkdə yaşıl salatlara üstünlük verin.

Xərçəng

Ay yalnız xərçənglərin əhval-ruhiyyəsinə deyil, həm də onların gündəlik rejiminə təsir göstərir. Mədə isə onların ən zəif nöqtəsidir. Buna görə də onlar pəhrizlərini diqqətlə izləməlidirlər. Bütün yağlı, zərərli və şirin qidaları yemək rasionunuzdan xaric edin. Soyuducunuzda yalnız sağlam və təzə qidalar, əsasən tərəvəz və dəniz məhsulları olmalıdır.

Şir

Şirlərin gündəlik yeməkləri belə "kral"a layiq olmalıdır. Çünki bu bürcün himayədarı Günəşdir. Bu səbəbdən onların vegetarian pəhrizinə riayət etmək çətindir. Əgər bu bürcün nümayəndələrinin pəhrizində kifayət qədər protein yoxdursa, xroniki yorğunluq hiss edəcəklər. Bu səbəbdən ət (xüsusən ördək əti) pəhriz menyularında mütləq olmalıdır. 

Qız

Bu bürcün nümayəndələri ciddi pəhrizə riayət etməli və həftə sonları isə rejimi pozmamalıdırlar. Pəhrizlərində daha çox süd məhsullarına və meyvələrə yer verməlidirlər. Bundan başqa, onlar üçün sakit atmosferdə və yaxşı əhval-ruhiyyədə yemək daha yaxşıdır.

Tərəzi