Həyatda görsəniz, tanımazsınız... FOTOlar


Şou-biznes 13 Yan 2022 00:22:00 172 0

Həyatda görsəniz, tanımazsınız...  FOTOlar

Son zamanlar məşhur olan "FaceApp" proqramı sayəsində "Həyatda görsəm, tanımaram" ifadəsini çox səsləndiririk. Çünki hər kəs, ən çox da xanımlar fotolarını bu proqram vasitəsilə dəyişir, üzlərində bir xeyli dəyişiklik edirlər. Nəticədə real görüntüləri ilə sosial şəbəkə paylaşımları arasında "dağlar qədər" fərq olur.

Elə bizim şou-biznes nümayəndələri də "FaceApp"dan tez-tez istifadə edir, bəzən isə bunu ifrat həddə çatdırırlar.

Son.az olay-a istinadən "FaceApp"sevər məşhurların siyahısını təqdim edir.

Əvvəlcə Xalq artisti Məleykə Əsədovanın adını qeyd edək. Məleykə xanım özünü elə dəyişir ki, fotoşop olduğunu görməmək mümkün deyil. Hətta görməsində qüsur olan insanlar belə fotoda "FaceApp"dan istifadə olunduğunu anlayır. Təbii ki, Məleykə xanım real həyatda da gözəldir, amma proqram onu tamam başqa qadın edir. O, hətta ürəyi açıqlıq edib fotoşopunu öz sənət dostları ilə də paylaşır. Məsələn, Nadir Qafarzadənin oğlu Loğmanın toyundan həmkarları Nüşabə Ələsgərli və Təranə Qumralla paylaşdığı fotoda hər üç xanım da "FaceApp"lı idi.

Xalq artisti Aygün Kazımova da zaman-zaman paylaşımlarında sözügedən proqramdan istifadə edir. Hətta onun demək olar hər paylaşımında az da olsa, "FaceApp"ın izləri görünür.

Ötən il çətin günlər yaşayan Xalq artisti Nazpəri Dostəliyeva gec-gec də olsa, fotolarını izləyiciləri ilə bölüşür. Sənətçinin digər həmkarları kimi müxtəlif fotoşop proqramlarından istifadə etməsi diqqətdən qaçmır.

Əməkdar artist Könül Kərimova da fotoşopun nemətlərindən yararlanan sənətçilərdəndir. O, bir müddət əvvəl göy libasda paylaşdığı foto ilə gündəmə bomba kimi düşdü. Hamı Kərimovanın çox dəyişdiyini, hətta gənclik illərindəkindən belə cavan göründüyünü söylədi. Çoxları bunun estetik əməliyyatla ola biləcəyini düşünsə də, əslində Könülün sirri "FaceApp" idi. Buna sübut isə onun zaman-zaman yayılan makiyajsız görüntüləridir.

Əməkdar artist Aybəniz Haşımova nəinki yeni fotolarında, hətta köhnələrdə də "FaceApp"dan istifadə edir.  Onun arxiv şəkillərindəki makiyajları, gözlərin böyüyüb parıldaması, dodaqların boya ilə rənglənməsi proqramdan istifadə etdiyinin bariz nümunəsidir. Hətta sənətçi ötən günlərdə paylaşdığı mərhum anasının köhnə şəklində belə fotoşopdan istifadə etmişdi.

"FaceApp" müğənni Nazənin Salayevanın instaqramından da təsirsiz ötüşməyib. O da bir çox şəklini fotoşopdan istifadə edərək paylaşır.

Müğənni Xatirə İslam da "Şopsuz bir günümüz olmasın" deyənlərdəndir. İfaçı demək olar hər şəklini düzəliş olunmuş şəkildə paylaşır. Qaşlar daha da yuxarı qaldırılır, dodaq ölçüsü böyüdülür, burun düzləşdirilir və parlaqlıq verilir.

Müğənni Təranə Qumral da fotoşoplu məşhurlardan biridir. Bu ifaçımız da tez-tez sözügedən proqramdan istifadə edərək foto paylaşır.

Tanınmış aparıcı Afaq Gəncəli də daim efektli, "şop"lu fotoları ilə diqqət çəkir. O da digərləri kimi "FaceApp"dan tez-tez istifadə edir.

Siyahıda ilk sıralarda yazılmalı olanı, sona saxladıq. O  fotoşopları ilə ən çox gündəmə gələn məşhurlardandır. Bəlkə də səhifəsində sadə, düzəliş olunmamış fotosunu görə bilməzsiniz. Söhbət hər şəkildə bir başqa insan, hər paylaşımda fərqli qadın görkəmi alan tanınmış aparıcı Nanə Ağamalıyevadan gedir. Onunla bağlı tez-tez fotoşop xəbərlərini oxuyursunuz. Çünki Nanə və "FaceApp"ı bir-birindən ayrı hesab etmək olmur.