COVID19dan yaranan anticisimlər sağlam hüceyrələrə hücum edə bilər


Digərləri 12 Yan 2022 23:51:00 166 0

COVID19dan yaranan anticisimlər sağlam hüceyrələrə hücum edə bilər

Alimlər COVID-19-dan sonra yaranan anticisimlərin sağlam hüceyrələrə hücum edə biləcəyini bildirib

Los-Ancelesdəki Ürək İnstitutunun alimləri COVID-19-dan sonra anticisimlərin təhlükəli ola biləcəyi qənaətinə gəliblər.

Son.az xəbər verir ki, bu barədə"The Journal of Translational Medicine" nəşri yazır.

Xəstəlik keçirmiş insanlarda yaranan anticismlər səhvən sağlam hüceyrələrə hücum edə bilər. Bu təsir bir neçə aydan sonra özünü göstərir və xroniki iltihab, sinir sistemi, dəri və oynaqlarla bağlı problemlər yaradır.

Düzgün işləyən anticisimlər antigenləri - yadcismli zülalları məhv edir və bununla da bədəni infeksiyadan qoruyur. /aztibb.az