Fiziki şəxslərin əmlak vergisində dəyişiklik edilib


Digərləri 12 Yan 2022 23:21:00 128 0

Fiziki şəxslərin əmlak vergisində dəyişiklik edilib

Vergi Məcəlləsində fiziki şəxslərin əmlak vergisi ilə bağlı dəyişiklik olunub. Məcəlləyə əsasən fiziki şəxslərin əmlak vergisi dövlət vergilərinə aid edilib.

Son.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzu ilə bağlı təfərrüatları açıqlayan iqtisadçı ekspert Cavid Vəlizadənin sözlərinə görə, müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas vəsaitlər vergitutma obyektidir. Məcəlləyə görə, müəssisələr və fərdi sahibkarlar əsas vəsaitlərin, yəni müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin əmlakının orta illik qalıq dəyəri götürülərək müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.

Ekspert qeyd edib ki, müəssisələr və fərdi sahibkarlar cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəyirlər. Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər əmlakın və əsas vəsaitlərin əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirməlidirlər.

Eyni zamanda, müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyərinin hesablanma qaydası müəyyən olunub. Belə ki, qaydaya görə, müəssisənin əmlakının və fərdi sahibkarın əsas vəsaitlərinin hesabat ilinin əvvəlinə və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür.