Körpə 1 yaşa qədər hansı müayinələrdən keçməlidir?


Digərləri 12 Yan 2022 23:24:00 155 0

Körpə 1 yaşa qədər hansı müayinələrdən keçməlidir?

1 yaşa qədər vacib olan həkimlərin müayinələrdən keçmək gələcəkdə ciddi sağlamlıq problemlərin qarşısını almağa kömək edə bilər. Körpəlik dövründə aşkar edilən xəstəliklər uğurla müalicə edilə bilər.

Son.az doğulandan 1 yaşa qədər körpənin hansı aylarda hansı analizlərdən keçməli olduğunu təqdim edir.

2 həftəyə qədər yeni doğulmuş uşağın skrininqi - cərrah pediatr, göz həkimi, nevroloq

1 ayında. Həkimlər: pediatr (ümumi müayinədən əlavə, anadangəlmə metabolik və genetik xəstəliklərin skrininqi də aparılır); uşaq cərrahı; nevroloq; oftalmoloq. Müayinələr: qarın boşluğunun USM-si, beynin USM-si (neyrosonoqrafiya), Exo-KQ, audioskrininq. 2 ayında. Həkimlər: pediatr, nevroloq (1 ayda müayinədə olmadıqda). Müayinələr: qanın ümumi analizi, sidiyin ümumi analizi.

4 ayında. Həkimlər: pediatr, ortoped-travmatoloq.

6 ayında. Həkimlər: pediatr, uşaq cərrahı, nevroloq. Müayinələr: qanın ümumi analizi, dəmir qanda, sidiyin ümumi analizi, Exo-KQ.