Prezident İlham Əliyev: Biz bilməliyik ki, istənilən sülh müqaviləsi Ermənistan üçün, sadəcə, kağız parçası ola bilər


Siyasət 12 Yan 2022 21:36:00 77 0

Prezident İlham Əliyev: Biz bilməliyik ki, istənilən sülh müqaviləsi Ermənistan üçün, sadəcə, kağız parçası ola bilər

Biz, əslində, bu sülh gündəliyini onlara təqdim etmişik və delimitasiya ilə bağlı, əgər o baş tutarsa, ondan sonra demarkasiya ilə bağlı çox aydın təkliflər irəli sürmüşük. Bildiyiniz kimi, ilkin mərhələdə Ermənistan cavab vermirdi, nə hə, nə yox deyirdi. Yəni, bu, bir daha onu göstərir ki, Ermənistan rəhbərliyində gələcəklə bağlı açıq-aydın təsəvvür yoxdur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı jurnalistin Ermənistanın zaman-zaman törətdiyi təxribatlar, baş verən ciddi toqquşmaların bir daha baş verməməsi üçün Azərbaycanın hansı rıçaqlardan istifadə edəcəyi və delimitasiya, demarkasiya ilə bağlı bu il hansı tədbirlərin görüləcəyi ilə bağlı sualına cavabında deyib.

Dövlətimizin başçısı deyib ki, istər müharibə, istər keçmiş Qarabağ münaqişəsinin həlli, istərsə də gələcəklə bağlı siyasətimiz tam aydındır. "Biz təklif etmişik ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanısın, sərhədlərin delimitasiyası ilə bağlı işlərə start verilsin, kommunikasiyaların açılması prosesinə start verilsin və sülh müqaviləsi imzalansın. Yəni, sülh müqaviləsinin imzalanması 100 faiz qarantiya olmasa da, hər halda, müharibə riskini böyük dərəcədə minimuma endirir. Halbuki, biz onu da bilməliyik ki, istənilən sülh müqaviləsi Ermənistan üçün, sadəcə, kağız parçası ola bilər", - deyə Prezident İlham Əliyev vurğulayıb.

Prezident İlham Əliyev: Bütün inşaat işləri şəffaf, tender əsasında aparılmalıdır like
  • 12 Yan 21:20  
Siyasət Prezident İlham Əliyev: Bütün inşaat işləri şəffaf, tender əsasında aparılmalıdır

2021-ci ildə azad edilmiş torpaqlarda dəfələrlə olmuşam və bu il artıq

arrow Ətraflı
Pakistanda 1,4 milyon əfqan qaçqın var like
  • 12 Yan 21:12  
Dünya Pakistanda 1,4 milyon əfqan qaçqın var

Son məlumata görə, Pakistanda rəsmi olaraq qeydə alınan 1,4 milyon əfqan

arrow Ətraflı
Aslını yeni imicinə görə Elçinə bənzətdilər  FOTO like
  • 12 Yan 20:54  
Şou-biznes Aslını yeni imicinə görə Elçinə bənzətdilər FOTO

Aktrisa Aslı Turanlı yer alacağı yeni layihəsi üçün imicində dəyişikl

arrow Ətraflı
Prezident: Əgər Valeri Pekresin qanunsuz səfərindən xəbərimiz olsaydı, onları geri buraxmayacaqdıq like
  • 12 Yan 20:49  
Siyasət Prezident: Əgər Valeri Pekresin qanunsuz səfərindən xəbərimiz olsaydı, onları geri buraxmayacaqdıq

Əgər Valeri Pekresin son qanunsuz səfərindən xəbərimiz olsaydı ki, onlar

arrow Ətraflı
Yaponiyada güclü qara görə 100dən çox aviareys təxirə salındı like
  • 12 Yan 20:48  
Dünya Yaponiyada güclü qara görə 100dən çox aviareys təxirə salındı

Yaponiyanın şimal bölgələrində güclü qar yağması ilə əlaqədar 124 d

arrow Ətraflı
İlham Əliyev: Laçın dəhlizi bizim nəzarətimizdədir, orada istənilən maşını saxlaya bilərik like
  • 12 Yan 20:44  
Siyasət İlham Əliyev: Laçın dəhlizi bizim nəzarətimizdədir, orada istənilən maşını saxlaya bilərik

Sülhməramlıların fəaliyyətini qiymətləndirmək üçün hesab edirəm ki,

arrow Ətraflı