Pişiklərin qanında təhlükəli virus aşkarlandı


Dünya 12 Yan 2022 21:44:00 220 0

Pişiklərin qanında təhlükəli virus aşkarlandı

Koronavirus pandemiyasının başlamasından çox əvvəl ABŞ-da ev pişiklərindən alınan qan nümunələrində SARS-CoV-2 reseptor bağlayan domenə (RBD) qarşı anticisimlər müəyyən olunub.

Son.az bildirir ki, bu barədə Tennessi Universitetinin mütəxəssisləri elan edib.

Alimlərin fikrincə, bunu yalnız heyvanların başqa bir virusla təmasda olması ilə izah etmək olar, hansı ki, onun sünbül zülalı COVID-19 törədicinin oxşar zülalına o qədər bənzəyir ki, orqanizmin kross-reaktiv anti cisimlər istehsal etməsinə səbəb olub.

Alimlər onu da vurğulayıblar ki, insanlar üçün potensial təhlükəli virus hazırda ABŞ-da pişik populyasiyasında dövr edir. /medicina.az