Yaponiyada güclü qara görə 100dən çox aviareys təxirə salındı


Dünya 12 Yan 2022 20:48:00 145 0

Yaponiyada güclü qara görə 100dən çox aviareys təxirə salındı

Yaponiyanın şimal bölgələrində güclü qar yağması ilə əlaqədar 124 daxili aviareys təxirə salınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bölgədə həmçinin 427 qatar reysi təxirə salınıb.

Hazırda elektrik xətlərinin qırılması ilə əlaqədar Hokkaydo prefekturasında 1 300-dən çox ev işıqsız qalıb.

Son sutka ərzində Yaponiyanın şimalında 70 santimetr qar yağıb, küləyin sürəti saniyədə 40 metrə çatıb.

Kəskin hava şəraitinin yanvarın 14-dək davam edəcəyi proqnozlaşdırılır.