Prezident İlham Əliyev: Bütün inşaat işləri şəffaf, tender əsasında aparılmalıdır


Siyasət 12 Yan 2022 21:20:00 78 0

Prezident İlham Əliyev: Bütün inşaat işləri şəffaf, tender əsasında aparılmalıdır

2021-ci ildə azad edilmiş torpaqlarda dəfələrlə olmuşam və bu il artıq bu infrastruktur layihələri ilə yanaşı, şəhərsalma layihələri də icra ediləcək. Biz indi məktəblərin, xəstəxanaların təməlini qoyduq. Ağdam, Füzuli şəhərlərinin baş planı hazırdır. Digər şəhərlərin baş planlarının hazırlanması ilə bağlı müvafiq şirkətlərlə sazişlər imzalanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibə zamanı deyib.

"Biz istəyirik ki, hər şey əsaslı olsun. Həm tez edək, eyni zamanda, tələskənliyə yol verməyək. Çünki hər şey əsaslı olmalıdır və ora qayıdacaq insanlar ən yaxşı şəraitlə təmin edilməlidir. Çünki bu insanlar 30 il ağır vəziyyətdə yaşayırdılar. Düzdür, onların bir çoxu dövlət tərəfindən ayrılmış gözəl mənzillərdə yaşayırdı, ancaq onlar həmişə Vətən həsrəti ilə, öz torpaqlarının həsrəti ilə yaşamışlar. Biz elə şərait yaratmalıyıq ki, onlar bundan sonra rahat yaşasınlar. Ona görə həm vaxt itirməməliyik, həm də tələsməməliyik. Hər şey əsaslı olmalıdır, bütün inşaat işləri şəffaf, tender əsasında aparılmalıdır. Xüsusi göstəriş verilib, maksimum şəffaflıq təmin edilməlidir. Əgər hər hansı bir xoşagəlməz halla üzləşsək, cəzamız çox sərt olacaq, bunu hər kəs bilməlidir və bilir", - deyə dövlətimizin başçısı vurğulayıb.

Pakistanda 1,4 milyon əfqan qaçqın var like
  • 12 Yan 21:12  
Dünya Pakistanda 1,4 milyon əfqan qaçqın var

Son məlumata görə, Pakistanda rəsmi olaraq qeydə alınan 1,4 milyon əfqan

arrow Ətraflı
Aslını yeni imicinə görə Elçinə bənzətdilər  FOTO like
  • 12 Yan 20:54  
Şou-biznes Aslını yeni imicinə görə Elçinə bənzətdilər FOTO

Aktrisa Aslı Turanlı yer alacağı yeni layihəsi üçün imicində dəyişikl

arrow Ətraflı
Prezident: Əgər Valeri Pekresin qanunsuz səfərindən xəbərimiz olsaydı, onları geri buraxmayacaqdıq like
  • 12 Yan 20:49  
Siyasət Prezident: Əgər Valeri Pekresin qanunsuz səfərindən xəbərimiz olsaydı, onları geri buraxmayacaqdıq

Əgər Valeri Pekresin son qanunsuz səfərindən xəbərimiz olsaydı ki, onlar

arrow Ətraflı
Yaponiyada güclü qara görə 100dən çox aviareys təxirə salındı like
  • 12 Yan 20:48  
Dünya Yaponiyada güclü qara görə 100dən çox aviareys təxirə salındı

Yaponiyanın şimal bölgələrində güclü qar yağması ilə əlaqədar 124 d

arrow Ətraflı
İlham Əliyev: Laçın dəhlizi bizim nəzarətimizdədir, orada istənilən maşını saxlaya bilərik like
  • 12 Yan 20:44  
Siyasət İlham Əliyev: Laçın dəhlizi bizim nəzarətimizdədir, orada istənilən maşını saxlaya bilərik

Sülhməramlıların fəaliyyətini qiymətləndirmək üçün hesab edirəm ki,

arrow Ətraflı
Bakıda "Opel" aşdı  VİDEO like
  • 12 Yan 20:42  
Digərləri Bakıda "Opel" aşdı VİDEO

Bakıda "Opel" markalı avtomobil aşıb.

arrow Ətraflı
İlham Əliyev: Sülhməramlıların fəaliyyətində qıcıq doğuran məqamlar az deyil like
  • 12 Yan 20:40  
Siyasət İlham Əliyev: Sülhməramlıların fəaliyyətində qıcıq doğuran məqamlar az deyil

Sülhməramlıların fəaliyyətini qiymətləndirmək üçün hesab edirəm ki,

arrow Ətraflı
Ölkə başçısı: Özümüzü əsas ərzaq məhsulları ilə təmin etmək üçün praktiki addımlar atdıq like
  • 12 Yan 20:38  
Siyasət Ölkə başçısı: Özümüzü əsas ərzaq məhsulları ilə təmin etmək üçün praktiki addımlar atdıq

Son 15 ildə meyvə istehsalı Azərbaycanda 2 dəfə artıb. İki dəfə, yəni

arrow Ətraflı