Prezident İlham Əliyev: Demokratiya uğrunda dırnaqarası “zirvə görüşündə” iki dəqiqəlik çıxış üçün adam özünü heç əziyyətə verməməlidir


Siyasət 12 Yan 2022 21:25:00 81 0

Prezident İlham Əliyev: Demokratiya uğrunda dırnaqarası “zirvə görüşündə” iki dəqiqəlik çıxış üçün adam özünü heç əziyyətə verməməlidir

Biz dəvət olunmamışıq, heç nə itirmirik və demokratiya uğrunda dırnaqarası "zirvə görüşündə" iki dəqiqəlik çıxış üçün adam özünü heç əziyyətə verməməlidir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Mən Brüsseldə olarkən orada Avropa İttifaqının rəhbərliyinə də bu haqda bildirdim ki, ola bilər. Əsas odur ki, bu gündəlik düzgün tərtib edilsin və Ermənistan da burada özünü səmimi aparsın. Çünki bilirsiniz, Ermənistan bir çox hallarda bir tərəfdaşa bir söz deyir, o biri tərəfdaşa bunun əksini deyir, üçüncü tərəfdaşa isə üçüncü versiyanı deyir. Yəni, bu, uzunmüddətli siyasət ola bilməz. Çünki gec-tez bunun üstü açılacaq. Bizim isə mövqeyimiz birmənalıdır və mən bunu açıq bəyan edirəm və bəli, hesab edirəm ki, Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasında Avropa İttifaqı rol oynaya bilər. Mən bunu müsbət qarşılayıram və sadəcə olaraq, burada ədalət prinsipi əsas rol oynamalıdır. Çünki bu günə qədər bəzi ölkələrdən fərqli olaraq, Avropa İttifaqı ədaləti qorumuşdur. Qeyd etdiyim kimi, müharibə zamanı Fransa baxmayaraq ki, neytral olmalı idi, vasitəçi kimi birmənalı şəkildə Ermənistan tərəfini tutdu. Müharibədən sonra Amerika Birləşmiş Ştatları, halbuki vasitəçidir, neytral olmalıdır, açıq şəkildə Ermənistan tərəfini tutdu. Təkcə elə mətbuatda olan iki hadisəni qeyd etməklə, bunu sübut etmək olar. Birincisi, Ermənistanı dırnaqarası "demokratiya zirvəsinə" dəvət etməsi, halbuki Ermənistan və demokratiya - bunlar fərqli qütblərdir. Ermənistanda insan haqları kobudcasına pozulur, siyasi müxalifət həbsə atılır və siyasi rəqiblər təqib edilir. Ermənistan, necə deyərlər, hansı əməllərə görə ora dəvət edilib ki, Azərbaycan dəvət edilməyib. Yəni bu, açıq ayrı-seçkilikdir. İkinci də, bu yaxınlarda Ermənistan Təhlükəsizlik Şurasının katibi Vaşinqtona dəvət edilib, orada görüşlər keçirir. Azərbaycan Təhlükəsizlik Şurasının katibi isə dəvət edilməyib. O, başqa məsələdir ki, biz dəvət olunmamışıq, heç nə itirmirik və demokratiya uğrunda dırnaqarası "zirvə görüşündə" iki dəqiqəlik çıxış üçün adam özünü heç əziyyətə verməməlidir. Amma fakt odur ki, burada balans pozulur, nümayişkaranə göstərilir ki, indiki Amerika administrasiyası birtərəfli olaraq Ermənistan tərəfindədir və bu, onların öz işidir. Biz, necə deyərlər, sadəcə olaraq, öz fikirlərimizi bildiririk və əlbəttə ki, öz siyasətimizdə bunu nəzərə alacağıq. Avropa İttifaqı belə balansı pozan hadisələrdə olmayıb. Son Brüssel görüşündə də tam paritet saxlanılıb və bu, deməyə əsas verir ki, onlar iki ölkə arasındakı əlaqələrin normallaşmasında müsbət rol oynaya bilərlər. Bu ola bilər, eyni zamanda, Zəngəzur dəhlizinin fəaliyyəti ilə bağlı, iqtisadi və maliyyə yardımı ilə bağlı, qeyd etdiyim kimi, əgər bu, ədalətli olarsa. Avropa məkanında böyük intellektual potensial mövcuddur, təcrübə mövcuddur və sərhədlərin müəyyən edilməsində onlar öz tövsiyələrini verə bilərlər. Yəni bir çox sahələrdə onlar yardımçı ola bilərlər. Hər halda biz bunu alqışlayırıq".

Prezident İlham Əliyev: Bütün inşaat işləri şəffaf, tender əsasında aparılmalıdır like
  • 12 Yan 21:20  
Siyasət Prezident İlham Əliyev: Bütün inşaat işləri şəffaf, tender əsasında aparılmalıdır

2021-ci ildə azad edilmiş torpaqlarda dəfələrlə olmuşam və bu il artıq

arrow Ətraflı
Pakistanda 1,4 milyon əfqan qaçqın var like
  • 12 Yan 21:12  
Dünya Pakistanda 1,4 milyon əfqan qaçqın var

Son məlumata görə, Pakistanda rəsmi olaraq qeydə alınan 1,4 milyon əfqan

arrow Ətraflı
Aslını yeni imicinə görə Elçinə bənzətdilər  FOTO like
  • 12 Yan 20:54  
Şou-biznes Aslını yeni imicinə görə Elçinə bənzətdilər FOTO

Aktrisa Aslı Turanlı yer alacağı yeni layihəsi üçün imicində dəyişikl

arrow Ətraflı
Prezident: Əgər Valeri Pekresin qanunsuz səfərindən xəbərimiz olsaydı, onları geri buraxmayacaqdıq like
  • 12 Yan 20:49  
Siyasət Prezident: Əgər Valeri Pekresin qanunsuz səfərindən xəbərimiz olsaydı, onları geri buraxmayacaqdıq

Əgər Valeri Pekresin son qanunsuz səfərindən xəbərimiz olsaydı ki, onlar

arrow Ətraflı
Yaponiyada güclü qara görə 100dən çox aviareys təxirə salındı like
  • 12 Yan 20:48  
Dünya Yaponiyada güclü qara görə 100dən çox aviareys təxirə salındı

Yaponiyanın şimal bölgələrində güclü qar yağması ilə əlaqədar 124 d

arrow Ətraflı
İlham Əliyev: Laçın dəhlizi bizim nəzarətimizdədir, orada istənilən maşını saxlaya bilərik like
  • 12 Yan 20:44  
Siyasət İlham Əliyev: Laçın dəhlizi bizim nəzarətimizdədir, orada istənilən maşını saxlaya bilərik

Sülhməramlıların fəaliyyətini qiymətləndirmək üçün hesab edirəm ki,

arrow Ətraflı
Bakıda "Opel" aşdı  VİDEO like
  • 12 Yan 20:42  
Digərləri Bakıda "Opel" aşdı VİDEO

Bakıda "Opel" markalı avtomobil aşıb.

arrow Ətraflı