Rusiyada azərbaycanlı ataya qadağa: Soyad seçimi...


Digərləri 12 Yan 2022 19:42:00 152 0

Rusiyada azərbaycanlı ataya qadağa: Soyad seçimi...

Rusiyanın Nijni-Vartovsk şəhər məhkəməsi Azərbaycan vətəndaşının iddiasını rədd edib.

Son.az lent.az-a istinadla xəbər verir ki, o, 5 yaşlı N. adlı qızının ata adının sonluğuna "qızı" əlavəsini artırmaq istəyib.

Məhkəmə onun iddiasını rədd edərək, belə bir qərar çıxarıb ki, qızın anası rusdur və bundan başqa uşaq 16 yaşına çatmayıb. Uşaq 16 yaşına çatandan sonra ad, soyad və ata adının dəyişdirilməsi onun öz istəyi ilə gerçəkləşə bilər.

Bu qərardan sonra azərbaycanlı apelyasiya şikayəti verməyə hazırlaşır.