Üç ildən sonra “Oskar”da bir ilk


Dünya 12 Yan 2022 20:00:00 126 0

Üç ildən sonra “Oskar”da bir ilk

Bu il keçiriləcək olan "Oskar" mükafatlandırma mərasimində dəyişiklik edilib.

Son.az olay-a istinadən xəbər verir ki, tədbirdə üç il sonra yenidən aparıcı yer alacaq. Martın 27-i Amerikanın ABC kanalında canlı yayımlanacaq olan aparıcılı mərasimdə mükafatlar sahiblərinə təqdim ediləcək. Bununla bağlı kanal rəhbərliyi məlumat yayıb.

İddialara görə isə, tədbirin aparıcısı Tom Holland olacaq. Məşhur ulduz bu vəzifə ilə maraqlandığını ötən ilin dekabr ayında açıqlamış, təklif gəlsə, qəbul edəcəyini bildirmişdi.

Qeyd edək ki, tədbirin son aparıcısı isə Jimmy Kimmel olub.