Zenfira Rusiya vətəndaşı olmaq istəyir


Şou-biznes 12 Yan 2022 18:48:00 139 0

Zenfira Rusiya vətəndaşı olmaq istəyir

Müğənni Zenfira İbrahimova Rusiya vətəndaşı olmaq istəyir.

Son.az olay-a istinadən xəbər verir ki, bu barədə "7 canlı" proqramında məlumat verilib. Qeyd olunub ki, ifaçı tez-tez Rusiyada toylara qatıldığı üçün vətəndaşlıq almaq niyyətindədir.

Bununla bağlı o, rəsmi işlərə başlayıb. Məlumatı Zenfiranın özü də təsdiq edib.

"Rusiyada toylar üçün dəfələrlə dəvət alıram. Fikirləşirəm ki, burada və orada yaşaya bilərəm. Əsas vətənim Azərbaycandır, lakin Rusiyada vətəndaş almağı düşünürəm", - deyə İbrahimova bildirib.