Cəmi 4 şagirdi olan məktəb Müəllimlər təhsil verməkdən imtina edir


Digərləri 12 Yan 2022 19:06:00 157 0

Cəmi 4 şagirdi olan məktəb  Müəllimlər təhsil verməkdən imtina edir

İsmayıllı rayonunun Qoydan kəndində yerləşən məktəb şəraitsiz vəziyyətdədir.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Bildirilib ki, 1 otaqdan ibarət olan məktəbin cəmi 4 şagirdi var. Şagirdlərə dərs keçən müəllim rayondan kəndə gedib-gəlir. Digər müəllimlər isə yolların bərbad vəziyyətdə olmasına görə təhsil ocağına gəlməkdən imtina edib. Payız və qış aylarında isə şagirdlərin vəziyyəti daha da qəlizləşir. Palçıqlı, qarlı yollar onların məktəbə getməsinə əngəl olur. İbtidai sinifi bitirənləri isə təbii ki, daha çətin günlər gözləyir.

Onlar təhsil almaq üçün başqa yerlərə üz tutmalı olacaqlar. Ən yaxın qonşu kəndə məsafə 5-6 kilometrdir. Hər gün eyni məsafəni qət etmək isə demək olar ki, qeyri-mümkündür.