Əlilliyə görə pensiyalarda artım gözlənilir


Digərləri 12 Yan 2022 16:54:00 109 0

Əlilliyə görə pensiyalarda artım gözlənilir

"Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna edilən dəyişiklik əlilliyi olan şəxslərin pensiya və müavinətlərin diferensial qaydada artırılmasına imkan verəcək.

Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, 2022-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulan yeni qaydalardan sonra əlillik orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək.

"Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq.