Azərbaycanda taksi sürücüsündən təhqiramiz hərəkət: Maşınını bayrağımızla sildi FOTO


Digərləri 12 Yan 2022 15:24:00 109 0

Azərbaycanda taksi sürücüsündən təhqiramiz hərəkət: Maşınını bayrağımızla sildi  FOTO

Azərbaycanda taksi sürücüsü avtomobilini Azərbaycan bayrağı ilə silib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı video sosial şəbəkədə yayılıb.

Görüntülərdə orta yaşlı kişinin əlindəki bayraqla maşının üzərindəki tozu və avtomobilin dövlət nişanını silməyi yer alıb.

Videonu izləyənlər baş verən bu hadisəni qəzəblə qarşılayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma başlayıb.