Qoca Səmədovun cəzası azaldıldı


Digərləri 12 Yan 2022 13:44:00 132 0

Qoca Səmədovun cəzası azaldıldı

Şəki Apellyasiya Məhkəməsində Yevlax rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, prosesdə şikayət araşdırılıb, Sabiq icra başçısının səhhəti nəzərə alınaraq onun cəzası 6 ilə endirilib.

Xatırladaq ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q.Səmədov 7 il 3 ay azadlıqdan məhrum edilib.

Q.Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.