Ahmet Kurala hökm oxundu


Digərləri 12 Yan 2022 12:36:00 133 0

Ahmet Kurala hökm oxundu

Türkiyəli müğənni Sıla Gəncoğluna zorakılıq etdiyi iddia olunan aktyor Ahmet Kuralın məhkəmə prosesi sona çatıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, "təhqir, hədə-qorxu və qəsdən xəsarət yetirmə" maddələri ilə ittiham olunan aktyor Ahmet Kurala 1 il 4 ay azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Aktyor qərara etiraz etsə də, hakim tərəfindən rədd olunub.

Sılanın vəkili isə açıqlamasında deyib: "Ədalət gec də olsa yerini tapdığı üçün çox xoşbəxtik".