Türkiyəli alimlər "TURKOVAC"ın təsirindən danışdılar


Digərləri 12 Yan 2022 12:52:00 159 0

Türkiyəli alimlər "TURKOVAC"ın təsirindən danışdılar

Koronavirus əleyhinə istifadəsinə başlanılan Türkiyənin "TURKOVAC" vaksini ən az "CoronaVac" vaksini qədər təhlükəsiz və təsirlidir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Koronavirus Elmi Komitəsinin üzvü professor Serhat Ünal və professor Mine Durusu Tanrıöver "TURKOVAC" peyvəndi ilə bağlı açıqlamalarında bildiriblər.

M.Tanrıöver qeyd edib ki, "CoronaVac" və "TURKOVAC"ın yan təsirləri eynidir:

""TURKOVAC" ən az "CoronaVac" qədər təhlükəsiz və təsirlidir. "TURKOVAC" peyvəndi tətbiq edilən şəxslərdən xəstəxanaya yerləşdirilən cəmi 3 xəstə var idi. Onların heç birinin oksigenə ehtiyacı yox idi, hər hansı bir fəsad olmadan evə buraxıldılar", - deyə o bildirib.