Aİ AzərbaycanErmənistan sərhədində gərginlikdən narahatdır


Siyasət 12 Yan 2022 12:26:00 148 0

Aİ AzərbaycanErmənistan sərhədində gərginlikdən narahatdır

Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan sərhədində insidentlərin və itkilərin yenidən baş verməsi ilə bağlı xəbərlərdən dərin narahatlıq keçirir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın "Twitter" səhifəsindəki paylaşımında deyilir.

Paylaşımda həmçinin qeyd edilib ki, tərəflər üçün gərginliyin azaldılması və mövcud mexanizmlərdən, xüsusən də 2021-ci ilin noyabrında Aİ-nin himayəsi altında yaradılmış Müdafiə Nazirlikləri arasında qaynar xətdən tam istifadə edilməsi vacibdir.

"Avropa İttifaqı Ermənistan və Azərbaycanla işləməyə, iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı əlavə dəstək verməyə hazır olduğunu bir daha bəyan edir", - deyə paylaşımda bildirilib.