Düşmənin itkiləri bilindi:


Siyasət 12 Yan 2022 09:58:00 169 0

Düşmənin itkiləri bilindi:

Dünən Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.

Ordumuzun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir.

Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Son.az bildirir ki, ordumuz cavab tədbirləri ilə düşmənin iki postunu darmadağın edib, oradakı silah-sursatları, bir neçə hərbi texnika və hərbi avtomobil məhv edilib. İlkin məlumatlara görə, 7 erməni hərbçi məhv edilib, 12 erməni hərbçi isə yaralanıb.

Artıq Ermənistan Müdafiə Nazirliyi də dünən törətdikləri təxribat nəticəsində ölən hərbçilərinin sayını qismən açıqlayıb.

Sözügedən qurumune bəyanatına görə, dünən 19 yaşlı sıravi Artur Mxitaryan, 20 yaşlı kiçik çavuş Rudik Qaribyan və 19 yaşlı Vahan Babayan həlak olublar. Nazirlik "cəmi 2 yaralı"nın olduğunu vurğulayır.

Ermənistan mediası isə yaralıların sayının 5 nəfər olduğunu yazır.