"Bütün nəğmələrimi sənin şərəfinə oxumuşam" Eltondan sevgi etirafı


Şou-biznes 12 Yan 2022 09:06:00 118 0

"Bütün nəğmələrimi sənin şərəfinə oxumuşam"  Eltondan sevgi etirafı

Əməkdar atist Elton Hüseynəliyev xanımı Tamilla Hüseynəliyeva ilə fotosunu paylaşıb.

Son.az olay-a istinadən xəbər verir ki,müğənni xanımının doğum günü olduğunu bildirib və onu bu sözlərlə təbrik edib:

""Sən olmasan axı neylərəm, xəyalını ümid eylərəm" "Dənizin nəğməsi" mahnısındakı bu sözləri və bütün nəğmələrimi sənin şərəfinə oxumuşam. Ad günün mübarək olsun, əzizim. Allah bizə əbədi bir yerdə olmağı nəsib etsin. Nə yaxşı ki qismətimdə və həyatımdasan. Bu dünyaya bir də gəlsəm, yenə səni sevərdim".