Rusiyada "omikron" ştammını aşkarlamaq üçün test sistemi qeydiyyata alınıb


Dünya 12 Yan 2022 08:15:00 133 0

Rusiyada "omikron" ştammını aşkarlamaq üçün test sistemi qeydiyyata alınıb

Rusiyanın Federal Tibbi və Bioloji Agentliyi tərəfindən hazırlanmış koronavirusun "omikron" ştammının aşkarlanması üçün test sistemi qeydiyyata alınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Agentliyin mətbuat xidmətindən bildiriblər.

Məlumatda qeyd olunub: "Rusiyada COVID-19-un "omikron" ştammının aşkarlanması üçün ilk test sistemi qeydiyyata alınıb".

Bildirilib ki, test sistemi yüksək həssaslıqla "omikron" və "delta" variantlarını aşkarlamağa, eləcə də onları bir saat yarım ərzində fərqləndirməyə imkan verir.