Gədəbəy rayonunda ev yanıb


Digərləri 12 Yan 2022 08:20:00 158 0

Gədəbəy rayonunda ev yanıb

Gədəbəy rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Köhnəkənd kəndində ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m², ikinci mərtəbəsinin arakəsmə divarları taxta konstruksiyalardan ibarət) olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.