Yük maşını minik maşınına çırpılıb, xəsarət alan var FOTO


Digərləri 12 Yan 2022 07:48:00 127 0

Yük maşını minik maşınına çırpılıb, xəsarət alan var  FOTO

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı yük maşını arxadan yolunun kənarında dayanan "Mercedes" minik maşınına çırpılıb.

Qəza zamanı minik maşınının Alim adlı sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.