Məktəbdə faciəvi ölüm


Digərləri 12 Yan 2022 07:11:00 138 0

Məktəbdə faciəvi ölüm

Ağsuda 24 yaşlı gənc elektrik cərəyanı vurması nəticəsində ölüb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə Soltan Umbayev adına 2 saylı orta məktəbdə baş verib.

Belə ki, Xəyal Şərifov adlı gənc təhsil ocağında sıradan çıxmış sayğacı dəyişdirərkən onu elektrik cərəyanı vurub. 

Rayonun Qaraqoyunlu kənd sakininin ölümü ilə bağlı araşdırma aparılır.