Yeni serialda rol alacaqlar


Digərləri 12 Yan 2022 06:22:00 142 0

Yeni serialda rol alacaqlar

Türkiyəli aktyorlar Taner Ölmez və Erkan Kolçak Köstendil yeni serialda rol alacaqlar.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, son olaraq "Alef"in yeni mövsümündə yer alan aktyorlar "O3 Medya"nın istehsalı olan "Yaratılan" adlı serialda bir araya gələcəklər.

8 seriyadan ibarət serialın rejissoru və ssenaristi Çağan Irmakdır.

Çəkilişləri İstanbul və Bursada baş tutacaq "Yaratılan" tezliklə "Netflix Türkiye"də yayımlanacaq.