Rusiyada altı aylıq körpə "omikron"a yoluxdu


Dünya 12 Yan 2022 05:44:00 137 0

Rusiyada altı aylıq körpə "omikron"a yoluxdu

Rusiyanın Rostov şəhərində mütəxəssislər altı aylıq körpədə və onun anasında koronavirusun "omikron" ştammını aşkar ediblər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Nəzarət Federal Xidmətinin (Rospotrebnadzor) regional idarəsinin rəhbəri Yevgeni Kovalyov deyib.

O bildirib ki, bu, şəhər ərazisində "gətirilmə" olmayan ilk yoluxma faktları olub.

Bundan əvvəl Rostov şəhərində qeydə alınan yoluxma halları xaricdən gəlmiş şəxslərdə tapılmışdı.

O əlavə edib ki, hazırda Rostov vilayətində koronavirusa yoluxanların 1 faizində "omikron" müşahidə olunub.