Maaş qalmaqalı ilə telekanaldan ayrılan aparıcı efirə qayıdır FOTO


Şou-biznes 12 Yan 2022 05:22:00 261 0

Maaş qalmaqalı ilə telekanaldan ayrılan aparıcı efirə qayıdır  FOTO

Siz məni ya ümumiyyətlə tanımırsınız, ya da ürək bulandırmaqdır məqsədiniz. Məni şəxsən tanıyanlar bilir ki, necə ailədə və hansı şərtlərdə böyümüşəm.

Son.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Mehin Hümbətova izləyicinin "Kasıb ailənin qızı necə oldu ki, birdən maşınlı və geyimli bir qız oldu" sualına cavab olaraq yazıb.

Daha sonra aparıcı tezliklə yeni formatda verilişlə efirə qayıtmağa hazırlaşdığı xəbərini verib. Aparıcı bildirib ki, veriliş üzərində son hazırlıq işləri gedir.

Məlumat üçün bildirək ki, Mehin Hümbətova ötən il aparıcısı olduğu "1AzTV" verilişindən maaş səbəbiylə ayrılmışdı. O, proqramın heyətinə maaş verilmədiyinə eyham vurmuşdu.