17 il nazir olub referenti ilə evlənən Xalq artisti UNUDULAN MƏMURLAR


Kriminal 12 Yan 2022 00:22:00 79 0

17 il nazir olub referenti ilə evlənən Xalq artisti  UNUDULAN MƏMURLAR

Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi...

İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır

Son.az xəbər verir ki, lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə sabiq mədəniyyət naziri Polad Bülbüloğludan bəhs edəcəyik.

Polad Murtuza oğlu Məmmədov 4 fevral 1945-ci ildə Bakıda anadan olub. O, 1965-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Polad Bülbüloğlu 1987-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru, vəzifələrində çalışıb. 1989-cu ildә Azərbaycan Respublikasının mədəniyyət naziri təyin olunub. Sonralar Azərbaycanda üç dəfə hakimiyyət dəyişikliyi baş verib və Polad Bülbüloğlu hər gələn prezident tərəfindən nazir postunda saxlanılıb.

1995-ci ildə həm də Milli Məclisin deputatı seçilir. 2006-cı ildə nazir postundan gedən Polad Bülbüloğlu elə həmin il Rusiya Federasiyasına səfir göndərilib.

Bəstəkar, müğənni, ictimai xadim və Xalq artisti olan Polad Bülbüloğluna ən çox şöhrət gətirən isə müəllifi və ifaçısı olduğu "Gəl, ey səhər" mahnısıdır. Bundan əlavə, "Doğma diyar", "Şən Azərbaycan", "Durnalar", "Bayatılar", "Vətən haqqında mahnı", "Bakı", "Məni gözlə", "Gözəllər", "Bənövşələr", "Həsrətimsən" və digər nəğmələri Azərbaycan estrada mahnı irsinin parlaq nümunələri kimi bu gün də sevilir.

Sabiq nazirin 2 oğlu, bir qızı var. Böyük oğlu Teymur Polad Bülbüloğlunun birinci xanımı, məşhur ukraynalı opera müğənnisi Bela Rudenko ilə evliliyindən doğulub.

Polad Bülbüloğlunun ikinci xanımı Gülnarə Şıxəliyevadan iki övladı dünyaya gəlib. Gülnarə Şıxəliyeva Polad Bülbüloğlu nazir işləyərkən onun referenti olub. Və münasibətlər də buradan meydana gəlib. Qızı Leylanın indi 24 yaşı var. Polad Bülbüloğlu ikinci oğluna atasının adını verib. Murtuzanın 19 yaşı var. Yeri gəlmişkən, onun böyük oğlu Teymur və qızı Leyla atalarının sənətini davam etdirirlər.

Bir dəfə Prezident İlham Əliyev onun haqqında belə demişdi:

"Ermənilər dahi şəxsiyyətlərimizin büstlərini təhqir edəndən sonra onları əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparıblar. O vaxt Polad Bülbüloğlu bundan xəbər tutmuş və Heydər Əliyevə müraciət edib. Görülmüş tədbirlər nəticəsində bu büstlər ermənilərdən alındı. Onu da açıq deməliyəm, pulla alındı. Satdılar onlar. Necə ki, hər şeyi satıblar ömrü boyu. Büstləri də biz pulla almışıq. O vaxt gətizdirdik və onlar İncəsənət Muzeyinin həyətində yerləşdirildi".

18 may 2016-cı ildə məşhur heykəltəraş və rəssam Zurab Seretellinin "Mənim müasirlərim" adlı heykəllər silsiləsi çərçivəsində Moskvada Polad Bülbüloğlunun abidəsinin açılışı olub.

Qeyd edək ki, o, "Rus ifaçılıq sənəti" İctimai Fondunun 25 illiyi medalına, "Əməkdar incəsənət xadimi",  "Xalq artisti" fəxri adlarına layiq görülüb, "İstiqlal", "Şərəf", "Vətənə xidmətə görə" və "Heydər Əliyev" ordenləri ilə təltif edilib. Hazırda Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini yerinə yetirir.

Sülhməramlılar Qarabağı daha tez tərk edə bilər like
  • 12 Yan 00:11  
Siyasət Sülhməramlılar Qarabağı daha tez tərk edə bilər

"Qarabağdakı rus sülhməramlılarının başına yeni bir komandanın t

arrow Ətraflı
Günün qoroskopu: Soyuqqanlı olun like
  • 12 Yan 00:01  
Digərləri Günün qoroskopu: Soyuqqanlı olun

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Türkiyənin beşinci nəsil qırıcısı: like
  • 11 Yan 23:59  
Dünya Türkiyənin beşinci nəsil qırıcısı:

Beşinci nəsil Türkiyə istehsalı qırıcısı 2023-cü ildə anqardan çıxa

arrow Ətraflı
Araz Əlizadə siyasətə qayıdır: “Namizədliyimi verəcəm” like
  • 11 Yan 23:57  
Siyasət Araz Əlizadə siyasətə qayıdır: “Namizədliyimi verəcəm”

Sabiq deputat Araz Əlizadə parlamentin boş qalan yerlərinə təkrar seçkil

arrow Ətraflı
Araya vasitəçi qoyub dua etmək düzgündür? like
  • 11 Yan 23:55  
Digərləri Araya vasitəçi qoyub dua etmək düzgündür?

Süleyman Çələbinin Mövlud əsəri kimi kitablarda bu cür dualar var. Lakin

arrow Ətraflı
Hədislərə inanmayan insanın hökmü nədir? like
  • 11 Yan 23:50  
Digərləri Hədislərə inanmayan insanın hökmü nədir?

Muhəmməd əleyhissəlama, digər peyğəmbərlərə verilən Kitab və Hikmət

arrow Ətraflı
Şəhidimizin qisası alındı  Erməni tərəfində like
  • 11 Yan 23:47  
Digərləri Şəhidimizin qisası alındı Erməni tərəfində

Bu gün Ermənistan silahlı qüvvələri heç bir səbəb olmadan Kəlbəcər i

arrow Ətraflı
Auranı necə bərpa etmək olar? like
  • 11 Yan 23:45  
Digərləri Auranı necə bərpa etmək olar?

Aura və ya biosahə bizim qoruyucu sahəmiz və incə bədənimizdir, odur ki,

arrow Ətraflı
Səfər Əbiyev yenə medal verməsi ilə gündəmə gəldi  FOTO like
  • 11 Yan 23:44  
Digərləri Səfər Əbiyev yenə medal verməsi ilə gündəmə gəldi FOTO

Azərbaycanın eks-müdafiə naziri Səfər Əbiyevin yeni fotosu yayılıb.

arrow Ətraflı
Peyğəmbər əleyhissəlam adından uydurulan Qurana zidd hədislər hansılardı? like
  • 11 Yan 23:40  
Digərləri Peyğəmbər əleyhissəlam adından uydurulan Qurana zidd hədislər hansılardı?

Bunların sayı həddən artıqdı. Bir neçə kategoriya altında bəzilərini

arrow Ətraflı
"Aeroflot" Aktobe, Kostanay və Qaraqandaya like
  • 11 Yan 23:37  
Dünya "Aeroflot" Aktobe, Kostanay və Qaraqandaya

Rusiyanın "Aeroflot" aviaşirkəti yanvarın 15-dən Moskvadan Qazax

arrow Ətraflı
Ermənistan iki əsgərinin öldüyünü like
  • 11 Yan 23:36  
Siyasət Ermənistan iki əsgərinin öldüyünü

Ermənistanın Azərbaycanla sərhəddə təxribatı iki erməni hərbçinin öl

arrow Ətraflı
Barmaqlarda yaranmış bu simptom ağciyərdə like
  • 11 Yan 23:35  
Digərləri Barmaqlarda yaranmış bu simptom ağciyərdə

Ağciyərlərdə olan bəd xəstəliyi barmaqlardakı dəyişikliklərdən anlam

arrow Ətraflı
Alimlər uşaqların sağlamlığı üçün vacib faktı açıqladı like
  • 11 Yan 23:30  
Digərləri Alimlər uşaqların sağlamlığı üçün vacib faktı açıqladı

Əgər uşaq yerə düşən konfeti götürüb ağzına qoyursa, əllərini yuma

arrow Ətraflı
İçkinin qaraciyəri zəhərlədiyinin like
  • 11 Yan 23:25  
Digərləri İçkinin qaraciyəri zəhərlədiyinin

Həkimlər aydınlaşdırıblar ki, qaraciyər problemləri insan orqanizminin 5

arrow Ətraflı