Nikah təzələməyin dindəki yeri nədir?


Digərləri 11 Yan 2022 23:20:00 152 0

Nikah təzələməyin dindəki yeri nədir?

Nikahın köhnəsi, təzəsi olmaz. Əgər ər arvad bir birindən boşanmışsa, yenidən nikahlana yəni evlənə bilərlər.

Yox əgər, eyni evdə və evlilikləri davam etdiyi halda, hər hansı bir şübhədən ötrü nikahlarının pozulduğu şübhəsinə düşmüşlərsə, boşuna şübhələnməsinlər. Belə bir şübhəylə nikah nə pozulmaz nə köhnəlməz ki, onu təzələyəsiz.

Nikah, boşanmaq istəyən bir kişinin, boşanmanın üsullarına rəayət etməsi nəticəsində düşər. Həmin boşanmanın da dinimzdə, kitabımızda öz üsulu və qaydası vardır.