Çin Sinovacdan imtinaya hazırlaşır


Digərləri 11 Yan 2022 22:25:00 149 0

Çin Sinovacdan imtinaya hazırlaşır

Sinovac tərəfindən hazırlanan CoronaVac ilə bağlı şübhələr artarkən, Çinin mRNA əsaslı peyvənd hazırlamaq üçün işlərə başladığı açıqlanıb.

Son.az medicina.az-a istinadən bildirir ki, Çində son vaxtlar koronavirusa yoluxma hallarının artması ilə ölkədə istifadə edilən peyvəndlərin təsiri əhali tərəfindən şübhə altına alınıb. Noyabr ayında Çinin "Suzhou Abogen Biosciences" və "Walvax" şirkətləri birgə mRNT peyvəndi üzərində işə başlamaq üçün icazə alıb.

"Financial Times" yazır ki, Çinin bu mənada pandemiyaya qarşı çox sərt tədbirlər görməsi səlahiyyətlilərin də yerli peyvəndlərə inamının aşağı olduğunu göstərir.