Avropa Parlamenti sədrinin


Siyasət 11 Yan 2022 21:37:00 139 0

Avropa Parlamenti sədrinin

Avropa Parlamenti sədrinin seçkiləri yanvarın 18-də baş tutacaq sessiya zamanı keçiriləcək.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Parlamentin mətbuat xidməti məlumat yayıb.

Mövcud nizamnaməyə uyğun olaraq  həmin vəzifəni seçkilərə qədər parlament sədrinin birinci müavini Roberta Metsola icra edəcək.

Xatırladaq ki, Avropa Parlamentinin sədri David Sassoli ötən gecə Aviano şəhərindəki onkologiya mərkəzində vəfat edib. 66 yaşlı D.Sassoli immun sisteminin pozulması ilə əlaqədar ötən ayın sonundan həmin səhiyyə ocağında yatırdı.