Tokayev deyir qoşunlar üç gün sonra çıxacaq, Şoyqu isə deyir


Siyasət 11 Yan 2022 21:46:00 87 0

Tokayev deyir qoşunlar üç gün sonra çıxacaq, Şoyqu isə deyir

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin onun çağırışı ilə ölkəyə yeridilən KTMT qüvvələrinin üç gün sonra-yanvarın 13-dən etibarən çıxarılacağı, prosesin 10 gün ərzində yekunlaşacağı haqda bəyanatının ardınca Rusiyadan bu qrafiki şübhə altına alan bəyanat eşidilib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, müdafiə naziri Sergey Şoyqu KTMT qüvvələrinin Qazaxıstanda "vəziyyətin tam stabilləşməsinə qədər" qalacağını bildirib. Onun sözlərinə görə, KTMT qüvvələri hazırda Qazaxıstanda mühüm dövlət obyektlərini və sosial əhəmiyyətli obyektləri qoruyur.

Şoyqu əlavə edib ki, KTMT qüvvələrinin Qazaxıstana yeridilməsi əməliyyatı cəmi üç günə-yanvarın 9-na qədər başa çatdırılıb. Onun sözlərinə görə, əməliyyatın bu cür qısa zamanda başa çatdırılması KTMT üzvü olan ölkələrin silahlı qüvvələrinin uzlaşdırılmış işi, habelə Suriya və Dağlıq Qarabağda əldə edilmiş təcrübə sayəsində mümkün olub.

Xatırladaq ki, ötən gün prezident Putin də KTMT qüvvələrinin Qazaxıstanda "vəziyyətin tam sabitləşməsinə qədər" qalacağını vurğulamışdı.

"Vəziyyətin tam sabitləşməsi" isə indiki halda qeyri-müəyyən və subyektiv anlayışdır, üstəlik Qazaxıstanda vəziyyətin "tam sabitləşməsi" barədə kimin qənaətinin əsas götürüləcəyi də aydın deyil. Belə görünür ki, bu məsələdə məhz Rusiyanın gəldiyi qənaət əsas götürüləcək. Çünki indiki halda Tokayev KTMT qüvvələrinin missiyasının artıq başa çatdığını, vəziyyətin sabitləşdiyini deyir və qoşunların çıxarılması prosesinin cəmi üç gün sonra başlayacağını bildirir. Lakin onun ardınca Şoyqu hər hansı konkret müddət göstərmir və qoşunların "vəziyyətin tam sabitləşməsinə qədər" qalacağını vurğulayır. Bu isə o deməkdir ki, qoşunların çıxarılması Tokayevin açıqladığı tarixdə başlamayacaq, KTMT, yaxud Rusiya qüvvələrinin ən azından bir qismi uzun müddətə Qazaxıstanda qalacaq.

Kimlər infarkt ola bilər?  Alimlərdən like
  • 11 Yan 21:45  
Digərləri Kimlər infarkt ola bilər? Alimlərdən

Alimlər müəyyən edib ki, səhər yeməyini buraxan və şam yeməyini yatmaz

arrow Ətraflı
“Qarabağda Azərbaycanla necə tək ürək olduqsa, Qazaxıstanda da elə olmalıyıq...” like
  • 11 Yan 21:44  
Siyasət “Qarabağda Azərbaycanla necə tək ürək olduqsa, Qazaxıstanda da elə olmalıyıq...”

"Bizə qalarsa Qazaxıstandakı son hadisələrdə FETÖ barmağını çox

arrow Ətraflı
Əqidəsini bilmədiyimiz insanlara “Allah rəhmət eyləsin” demək olarmı? like
  • 11 Yan 21:40  
Digərləri Əqidəsini bilmədiyimiz insanlara “Allah rəhmət eyləsin” demək olarmı?

Əgər biz bir insanın nəyə inanıb inanmadığnı bilmiriksə və ya onun ha

arrow Ətraflı
Avropa Parlamenti sədrinin like
  • 11 Yan 21:37  
Siyasət Avropa Parlamenti sədrinin

Avropa Parlamenti sədrinin seçkiləri yanvarın 18-də baş tutacaq sessiya za

arrow Ətraflı
Belçikalı deputat Eden Azarı like
  • 11 Yan 21:36  
Dünya Belçikalı deputat Eden Azarı

Belçikalı deputat Jan-Mari Dedeker milli komandanın və İspaniya "Real

arrow Ətraflı
İnsan ömrünü uzadan içki elan edildi like
  • 11 Yan 21:35  
Digərləri İnsan ömrünü uzadan içki elan edildi

Alimlər ömrü uzadan içkinin adını açıqlayıblar. Yaşıl çayın istehl

arrow Ətraflı
Bakıda sərnişin avtobusu ilə Toyota Prius like
  • 11 Yan 21:33  
Digərləri Bakıda sərnişin avtobusu ilə Toyota Prius

Bakının Yasamal rayonu Məhəmməd Xiyabani küçəsində "Kral-Transport

arrow Ətraflı
Göygöldə yol qəzası olub, like
  • 11 Yan 21:32  
Digərləri Göygöldə yol qəzası olub,

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Yeni qaydalara əməl etməyən turizm şirkətləri like
  • 11 Yan 21:31  
Digərləri Yeni qaydalara əməl etməyən turizm şirkətləri

Yeni qaydalara əməl etməyən turizm şirkətləri cərimələnəcək.

arrow Ətraflı
Ayranın faydaları  Bu xəstəliyi olanlar hər gün içsin like
  • 11 Yan 21:30  
Digərləri Ayranın faydaları Bu xəstəliyi olanlar hər gün içsin

Ayran həm içkidir, həm də çörəklə birgə qidadır. Qafqaz və türk xalq

arrow Ətraflı
İslamda intihara münasibət like
  • 11 Yan 21:20  
Digərləri İslamda intihara münasibət

İntihar insanın özünü öldürməsi deməkdir. Allah: "Öz-özünüzü

arrow Ətraflı
Sülhməramlıların komandanları niyə like
  • 11 Yan 21:16  
Siyasət Sülhməramlıların komandanları niyə

Son.az publika.az-a istinadən bildirir ki, politoloq Tofiq Abbasov  sülhməra

arrow Ətraflı
Qadınlar arasında ən çox yayılmış xərçəngin riskini artıran like
  • 11 Yan 21:15  
Digərləri Qadınlar arasında ən çox yayılmış xərçəngin riskini artıran

Süd vəzi xərçəngi qadınlar arasında ən yayılmış xərçəng növüdür

arrow Ətraflı
Rusiya bu tarixdə Ukraynaya hücum edəcək – like
  • 11 Yan 21:14  
Siyasət Rusiya bu tarixdə Ukraynaya hücum edəcək –

Rusiya yanvar ayının sonunda Ukraynaya ildırımsürətli hücum planını iş

arrow Ətraflı
HADİSƏBu gün şəhid olan Ayazın ailəsi ilə bağlı like
  • 11 Yan 21:13  
Digərləri HADİSƏBu gün şəhid olan Ayazın ailəsi ilə bağlı

Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqam

arrow Ətraflı