"Omikron" da gəldi: Tək çıxış yolu isə budur... İnfeksionist


Digərləri 11 Yan 2022 20:18:00 117 0

"Omikron" da gəldi: Tək çıxış yolu isə budur...  İnfeksionist

"Çox təəssüf ki, artıq koronavirusun "Omikron" ştamı Azərbaycanda da yayılıb. Verilən məlumata görə, təqribən 12 nəfər xaricdə olub geri qayıdan vətəndaşlarımızda bu virusun bu növü aşkarlıanıb. "Omikron" ştamının əvvəlkilərdən fərqi ondan ibarətdir ki, onun sürətlə yayılması, xəstəliyin yayılma əhatəsini tez genişləndirməsi kimi halları var".

Son.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında infeksionist Namiq Nəbiyev deyib. İnfeksionist hesab edir ki, yeganə variant peyvəndlənmədən keçir:

"Son zamanlar həkimlərimizin verdiyi məlumatlarda deyilirdi ki, peyvəndlənmə olmasına baxmayaraq, təkrar 6 aydan sonra peyvəndlənmənin aparılması məsləhətdir. Buna da gedilməlidir. Fevralın 15-dən sonra peyvəndlənmənin 6 ayı başa çatan insanların peyvəndi etibarsız sayılacaq. Onların yenidən  peyvəndlənməsinə ehtiyac var. Biz vətəndaşlarımızdan xahiş edirik ki, yaşadıqları ərazilərin poliklinikalarına müraciət etsinlər və peyvənd olunsunlar". Namiq Nəbiyev vətəndaşlara səslənib ki, 6 aydan bir peyvənd olunub özünü müdafiə etmək lazımdır:

"Bu gün filan peyvənd mənə necə təsir edəcək barəsində yox, xəstəlikdən necə qorunacağam sulalına cavab vermək və xəstəliyə qalib gəlmək lazımdır. Bütün insanlar buna can atmalıdır".

Qeyd edək ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb. Məlumatda Azərbaycanda koronavirusun "Omikron" ştamının aşkarlandığını açıqlanıb.