Qurddan həyat yoldaşı ilə bağlı paylaşım: "Bir ömür səninlə..." FOTO


Şou-biznes 11 Yan 2022 18:36:00 119 0

Qurddan həyat yoldaşı ilə bağlı paylaşım: "Bir ömür səninlə..."  FOTO

"Qurd" ləqəbi ilə tanınan repçi Fərid Eminov sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

Son.az xəbər verir ki, ötən ilin sonlarında ailə həyatı quran sənətçi instaqram hesabında həyat yoldaşı Leyla ilə toyunda çəkilən şəklini yayımlayıb.

Fərid görüntüyə "Bir ömür səninlə..." qısa şərhini də əlavə edib. Cütlüyün bu fotosu sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb.

Xatırladaq ki, "Qurd"un toyu noyabrın 14-də keçirilib. Onun həyat yoldaşı Leyla azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun baldızıdır. Bu, Fəridin ikinci evliliyidir.