“Medalın sənədində aktyorun yox, qazinin adı yazılıb”


Digərləri 11 Yan 2022 18:24:00 266 0

“Medalın sənədində aktyorun yox, qazinin adı yazılıb”

Sosial şəbəkələrdə Xüsusi Təyinatlı Qüvvələrin Baş Giziri Banipaşa Əvəzin aktyor Oktay Kaynarcaya  medalını bağışlaması müzakirə yaradıb.Kimisi Vətən müharibəsi iştirakçısını tənqid edərək bunun yanlış olduğunu yazıb, kimisi isə onu haqlı hesab edib. 

Son.az xəbər verir ki, mövzu haqda olay-a danışan hərbi ekspert Ədalət Verdiyev qazinin düzgün addım atmadığını söyləyib:

"Bu qətiyyən doğru deyil. Medalın sənədində aktyorun deyil, qazinin adı yazılıb. Bu da dövlət rəhbəri tərəfindən ona verilmiş dəyərdir. Çox yanlış bir addımdır, analoqu olmayan hadisədir. Nədənsə belə hallarla yalnız Azərbaycanda rast gəlinir, başqa yerlərdə yox. Kifayət qədər səhv addımdır və bunu qınayıram".

Qeyd edək ki, qazimiz aktyora "İgidliyə görə" medalını hədiyyə edib.