ÜSTdən omikronla bağlı məlumat


Dünya 11 Yan 2022 15:12:00 224 0

ÜSTdən omikronla bağlı məlumat

Avropa və Mərkəzi Asiya regionundakı 53 ölkədən 50-də artıq COVID-19-un Omicron ştamı qeydə alınıb.

Son.az APA-ya istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Kluqe mətbuat brifinqində deyib.

"Omicron ştamı artıq Qərbi Avropada ən çox yayılan virusa çevrilir və indi Balkanlarda yayılmaqdadır", - Kluqe qeyd edib.

O bildirib ki, ABŞ-ın Sağlamlıq Ölçməsi və Qiymətləndirmə İnstitutunun hesablamalarına görə, əgər bu ştam belə sürətlə yayılmağa davam edərsə, yaxın 6-8 həftə ərzində regionda əhalinin 50%-dən çoxu Omicrona yoluxacaq.